Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi Kitabxana Sistemində növbəti onlayn seminar müşavirə keçirilib

09.04.2021

Balakən rayon Mərkəzi Kitabxana Sistemində növbəti onlayn seminar müşavirə keçirilib. Seminar müşavirədə  Pandemiya dövründə  kitabxana əməkdaşlarının iş  fəailliyyəti və görüləcək işlər barədə MKS-in direktoru  Məryəm Tağıyeva  məlumat verib.  Qeyd olunub  ki,    dünyanı cənginə almış    yeni növ  COVİD- 19 pandemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə  kənd  kitabxana filiallarında    sanitar- epidomoloji  profilaktik tədbirlər davam etdirilir. Sonra oxucuların maraq dairələrinə uyğun  müxtəlif mövzularda  videoçarxların hazırlanması, Nizami Gəncəvinin 880 illik yublileyinin keçirlməsi ilə bağlı  tədbirlər planının icrası   ilə əlaqədar  görüləcək işlər,  Şəhid və qazi ailələri ilə görüşlərin təşkili, onlara  həm mənəvi  həm də maddi dəstəyin göstərilməsi kimi vacib məsələlərdən danışılıb.  Bildirilib ki, Nizami irsini məktəb yaşlı oxuculara   daha dərindən  öyrətmək və təbliğ etmək işində  ümumtəhsil müəssisələri ilə yanaşı , kitabxanaların və kitabxanaçıların üzərinə  böyük məsuliyyət düşür.  Sonra  çıxış edən Kitabişləmə və  komplektləşdirmə şöbəsinin müdiri  Mehriban Cuxova və  Metodika biblioqrafiya şöbəsinin müdiri İradə Qımrıyeva  öz fikir və mülahizələrini  bildiriblər.