Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Muxax kəndində Şəhid Rəvan Nurayevin məzarı ziyarət olunub

06.04.2021

2016-cı ilin Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan mərd oğullardan biri də Zaqatala rayonundan olan Rəvan Nurayevdir. Zaqatalalılar Vətən uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini daim uca tutur, igid həmyerliləri ilə fəxr edir, onların müqəddəs ruhları qarşısında baş əyirlər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektiv üzvləri Aprel döyüşlərinin 5-ci ildönümü ilə əlaqədar Şəhid Rəvan Nurayevin rayonun Muxax kəndindəki məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Görüşdə Şəhidin anası Həvva xanım Rəvanın ömür yolundan, Vətən sevgisindən, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Mərkəzin direktoru Famil Rəhimov Rəvan kimi oğulların şərəfli ömür yolunun gənclər üçün əsl örnək olduğunu vurğulayıb.