05.04.2021
Zaqatala rayon Muxax kənd Mədəniyyət evinin və Muxax kənd kitabxanasının işçiləri Aprel döyüşlərində qəhrəmancasına Şəhid olmuş Rəvan İsmayil oğlu Nurayevin məzarını və ailəsini ziyarət ediblər.
Ziyarət zamanı Şəhidin anası Havva Nurayeva oğlu haqqındakı albomu vərəqləyərək, Rəvanın həyat və döyüş xatirələrindən danışıb. Sonra Mədəniyyət evinin müdiri Nail Damadayev çıxış edərək, Rəvanın timsalında bütün Şəhidlərimizin hər zaman xatirəsinin qəlbimizdə yaşayacağını, onların ölməz olmasını diqqətə çatdırıb.