Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Paşan kəndində Şəhid Alim Məmmədovun ailəsi ziyarət olunub

05.04.2021

Zaqatala rayon Paşan kənd klubu və kənd kitabxanasının təşkilatçılığı ilə Şəhid Alim Qəmərşo oğlu Məmmədovun ailəsi ziyarət olunub, ailə üzvlərinə maddi və mənəvi dəstək göstərilib.

Mədəniyyət işçiləri ilə yanaşı Fındıqı kənd sakinlərinin, Aprel döyüşçülərinin və II Qarabağ müharibəsinin iştirakçıları Xanlar Xəlilovun və  Vahid Abbasovun iştirak etdikləri  görüşdə Şəhidin döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşdə göstərdiyi şücaətdən danışılıb, qazanılan tarixi qələbə nəticəsində onun qanının yerdə qalmadığı vurğulanıb.

Şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.