02.04.2021
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin fəalları 2016-cı il Aprel döyüşlərinin Şəhidi Sərxan Bayramovun məzarını və onun ailəsini ziyarət ediblər.
Ailə üzvləri ilə görüş zamanı Mərkəzin direktoru Famil Rəhimov Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən və Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışaraq, ölkəmiz üçün qəhrəman oğullar yetişdirən ata-analara öz minnətdarlığını bildirib.
Sonra Şəhidin anası Həlimə Bayramova onlara göstərilən diqqətə görə ziyarətçilərə təşəkkürünü bildirib və Sərxan Bayramov haqqında yazılmış iki ədəd kitabı Heydər Əliyev Mərkəzinə hədiyyə edib.