Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Aşağı Çardaxlar kəndində Şəhid Zöhrab Mehdiyevin ailəsi ziyarət olunub

02.04.2021

Zaqatalanın Aşağı Çardaxlar kənd Diyarşünaslıq klubunun, kənd kitabxanasının əməkdaşlarının bir qrupu və rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova torpaqlarımızın düşmən işgalından azad edilməsi uğrunda gedən döyüçlərdə Şəhidlik zirvəsinə yüksələn Mehdiyev Zöhrab İlham oğlunun ailəsini ziyarət edib, ailə üzvlərinə maddi və mənəvi dəstək göstəriblər.

Görüş zamanı Şəhid Zöhrab Mehdiyevin keçdiyi döyüş yolundan söhbət açılıb və ziyarətçilər Şəhidin ev muzeyi və evin qarşısındakı xatirə bulağı ilə tanış olublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və mədəniyyət işçilərinə təşəkkürlərini bildiriblər.