02.04.2021
2021-ci il 10 noyabr zəfərinə, Qarabağımıza yenidən dönüşümüzün başlanğıcı Aprel döyüşlərindən başladı. Aprel döyüşləri və ya Dördgünlük müharibə özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. 94 Şəhid verdiyimiz Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, əzmini, ədalətin bərpa olunacağını göstərdi. Cocuq Mərcanlıdan başlanan zəfər Şuşada sancılan Azərbaycan bayrağı ilə qələbəmizin müdəsini verdi. 5 il keçib bu döyüşlərdən və Zaqatalanın 2 mərd oğlu bu savaşda Şəhidlik zirvəsinə yüksəlib. Bu ifadələr Aprelin 1-də Zaqatala rayon Mərkəzi kitabxanasında keçirilən“Qələbəmizin ilk uğuru” adlı videokonfransda səsləndirilib. Tədbirdə filial kitabxanalarının əməkdaşları ilə bərabər Şəhidlərimizdən Sərxan Bayramovun anası Həlimə Bayramova və Rəvan Nurayevin anası Havva Nurayeva da iştirak ediblər.
Videokonfransda MKS-nin direktoru Gülniyar Məmmədova açılış nitqi ilə çıxış edib. Sonra əməkdaş Günəş Qafarova, abonoment bölməsinin müdiri Məmləkət Ömərova, baş biblioqraf Yasəmən Məmmədova və xidmət şöbəsinin müdiri Nüşabə Əfəndiyevanın mövzu ətrafında çəxəşları təqdim edilib. Çıxışlarda həm Aprel döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdikləri şücaətdən, vətənpərvərlikdən və qazanılan qələbədən bəhs olunub.