Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mərkəzi kitabxanasında “Xalqımızın faciələri” adlı videokonfrans təşkil olunub

01.04.2021

31 Mart, bu tarix hər bir azərbaycanlının qəlbində dərin iz, təsir qoyan tarixlərdən biridir. O tarixdir ki, düşmənin əzəldən bəri millətimizə qarşı necə qəddar, xəyanətkar, nankor xislətinin olmasını sübut edir.

Bu ifadələr Martın 31-də Zaqatala rayon Mərkəzi kitabxanasında keçirilən “Xalqımızın faciələri” adlı videokonfransda səsləndirilib. Kitabxana əməkdaşları və fəal oxucuların birgə iştrakı ilə keçirilən tədbirdə MKS-nin direktoru Gülniyar Məmmədova məruzə ilə çıxış edib. Məruzədə ermənilərin azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı faciələrdən danışılıb.

Daha sonra kitabxananın oxu zalının müdiri Nəzmiyyət Məmmədovanın,abonoment bölməsinin müdiri Məmləkət Ömərovanın, böyük kitabxanaçı Gülmə Balaxinskinin, multimedia mütəxəssisi Məlahət Həmzəyevanın çıxışları dinlənilib. Çıxışlarda soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıb.