31.03.2021
Martın 30-da Qax rayon MKS və S.Vurğun adına rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Unutmadıq, 1918-ci il Mart hadisələri” adlı videokonfrans keçirilib.
Tədbirdə İlk öncə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Şəki RMI-nin Qax rayon üzrə baş məsləhərtçi Dilarə Əzizova “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilərin 1918-ci ildə azərbaycanlılara törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.
Sonra MKS-nin direktoru Güllü Əhmədova Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi dəhşətlı soyqırımdan 103 il ötdüyünü, 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğın faktlarından danışıb.
Daha sonra S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Mədəniyyət Mərkəzinin əməkdaşları Vüsalə Mustafayeva və Nuriyyə Əlimova, Qum Sənətkarlıq evinin rəhbəri Xatirə Şahmalıyeva və 2 mömrəli şəhər kitabxana filialının əməkdaşı Aygül Rəhimli Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması kimi faktlara toxunaraq, Ali Baş Komandan Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbə qazanmasından, torpaqlarımızın azad edilməsindən qürur duyduqlarını vurğulayıblar.