Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun mədəniyyət işçiləri Şəhid Tale Babayevin məzarını ziyarət ediblər

31.03.2021

Mart ayının 30-u Oğuz rayonunun ilk Şəhidi olan Babayev Tale  Bəynulla oğlunun  anım günüdür.
O, 1965-ci il noyabrın 8-də Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur.1992-ilin fevral ayında könüllü olaraq 1-ci Qarabağ müharibəsində  iştirak etmişdir. 1992-ci il mart ayının 30-da Şuşanın Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olmuşdur.

Oğuz rayonu Yaqublu kənd Folklor  evi, kənd kitabxanası, Yenikənd və Zərrab kənd klublarının fəalları Tale Babayevin xatirəsini yad etmək üçün Şəhidin anası Həvva Babayeva ilə birlikdə onun Oğuz rayon Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Şəhidlər xiyabanında uyuyan Şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzən ziyarətçilər əbədiyyətə qovuşan qəhrəmanları bir daha yad edib, onların ruhuna  dualar oxuyublar.