30.03.2021
Balakən rayon MKS-nin Qaysa kənd kitabxana filialının müdiri Fatma Çunayeva Vətən müharibəsinin qazisi, Füzuli, Cəbrayıl, Daşaltı və Şuşanın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş və "Vətən uğrunda" medalı ilə təltif olunmuş kapitan Hudulov Ramazan İzzət oğlunu ziyarət edərək,ona maddi və mənəvi dəstək göstərib.
Görüş zamanı Vətən müharibəsinin iştirakçısı Ramazan Hudulov cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb. Bildirilib ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb.