Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşları qazi Rəsul Şabanovu ziyarət ediblər

29.03.2021

Balakən rayon Mədəniyyət Mərkəzinin  əməkdaşları  Novruz bayramı günlərində Vətən müharibəsinin iştirakçısı, Suqovuşan istiqamətində gedən döyüşlərdə qazi olmuş Şabanov Rəsul Novruz oğlunu evində ziyarət edərək, ona maddi və mənəvi dəstək göstəriblər.

Görüş zamanı keçdiyi döyüş yolundan, əsgər və zabitlərimizin müharibədəki qəhrəmanlıqlarından danışan  Rəsul Şabanov ona göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Prezident İlham Əliyevə və mədəniyyət işçilərinə dərin təşəkkürünü bildirib.