Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Xalxal Qışlaq kəndində Şəhid Şahin Cəfərlinin xatirəsi anılıb

19.03.2021

Martın 18-də Oğuz rayon MKS-nin Ərmənət və Xalxal kənd kitabxana filiallarının əməkdaşları Xalxal Qışlaq kəndində Şəhid Şahin Cəfərlinin məzarını və onun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı bildirilib ki, Şahin Cəfərli  hələ 2016- cı ilin aprel döyüşlərində sərrast atıcı kimi iştirak edib. 2020- ci ilin sentyabrında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilən  Şahin Cəfərli oktyabırın 1- də Vətən müharibəsinin Murovdağ istiqamətindəki döyüşlərində Şəhidlik zirvəsinə yüksəlib. Oktyabırın 2- də yaşadığı kənd qəbiristanlığında  böyük izdihamla dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamı ilə Şahin Cəfərli " Vətən uğrunda"  medalı ilə təltif edilib.