Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Oğuzun Xaçmaz kəndində Şəhid ailəsini ziyarət ediblər

19.03.2021

Oğuz rayon MKS-nin Xaçmaz 23 saylı kitabxana filialının kitabxanaçısı Zivər Hacıyeva və Xaçmaz kənd Diyarşünaslıq evinin əməkdaşları II Qarabağ  müharibəsində Şəhid olmuş Rəhimli Orxan Rəşid oğlunun ailəsini ziyarət  ediblər. 

Görüş zamanı Şəhidin ailə üzvlərindən Bəyim nənə və anası Humay xanım onunla bağlı xatirələrindən və qəhrəman döyüşçünün keçdiyi şərəfli döyüş yolundan söhbət açıblar.

Sonra ziyarətçilər Şəhidin kənd qəbiristanlığındakı məzarı üzərinə gələrək, onun ruhuna dualar oxuyublar.