18.03.2021
Hər bayram və əziz günlərdə olduğu kimi, Torpaq çərşənbəsi günü Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı Vətən müharibəsinin Suqovuşan uğrunda gedən döyüşlərində Şəhidlik zirvəsinə ucalmış İsrafilov Abdulla Yadigaroviçin ailəsini ziyarət ediblər. Görüşdə Şəhidin anası Təranə İsrafilova oğlunun 24 illik ömür yolundan, ondakı Vətən sevgisindən, kəşfiyyatçı döyüşçü olaraq döyüşlərdə igidlik və şücaət göstərdiyindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamıa əsasən ölmündən sonra Şəhid İsrafilov Abdulla Yadigaroviç “Suqovuşan uğrunda” medalı ilə təltif olunub.
Ailə üzvlərinə kollektivin bayram təbrikini çatdıran, Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədova qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi xalqımız və dövlətimiz tərəfindən hər zaman uca tutulur. Zaman keçəcək hər Şəhid haqqında kitablar yazılacaq, heykəllər qoyulacaq, bulaqlar çəkiləcək. Adlarına küçə və parklar salınacaq. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qazilərin və Şəhidlərin rəşadəti, şücaəti müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacaq və gələcək nəsillərimiz üçün örnək olacaqdır.