Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Aşağı Küngüt kənd Diyarşünaslıq evində sanitar-dezinfeksiya işləri aparılıb

17.03.2021

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq,  Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan rayonların mədəniyyət müəssisələrində COVD-19 infeksiyasına qarşı profiklaktik-qabaqlayıcı tədbirlər davam etdirilir.

Bu məqsədlə Şəkinin Aşağı Küngüt kənd Diyarşünaslıq evində  sanitar-dezinfeksiya işləri aparılıb.

Eyni zamanda müəssisənin əməkdaşlarına gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadənin məcburiliyi izah olunub, tövsiyələr verilib.