Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Kiçik dəhnə kənd Diyarşünaslıq klubu yenidən dezinfeksiya olunub

15.03.2021

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Kiçik dəhnə kənd Diyarşünaslıq klubu yenidən dezinfeksiya olunub.

Eyni zamanda müəssisənin əməkdaşlarına sosial məsafənin saxlanılması, tibbi maskadan istifadə edilməsi və şəxsi sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasının zəruriliyi izah edilib.