Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Qandax kəndində Şəhid Aydın Əhmədlinin ailəsi ziyarət olunub

15.03.2021

Zaqatalanın Qandax kəndində kənd mədəniyyət evinin kollektiv üzvləri torpaqlarımızın işğaldan azad oluması uğrunda gedən döyüşlərdə Şəhid olmuş Əhmədli Aydın Mustafa oğlunun ailəsini ziyarət ediblər.

Ziyarətçilər Şəhidin doğum günündə onun anası ilə həmsöhbət olub, Aydın Əhmədlinin keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Söhbət zamanı Prezident İlham Əliyevin Şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edilib.