10.03.2021
Zaqatala rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samirət Hümbətova II Qarabağ müharibəsinin Şəhidi, polkovnik-leytenant Abakar Hacıyevin anası Pidovus xanımı Beynəlxalq Qadınlar Günü münasibətilə ziyarət edib. Ziyarət zamanı Şəhidin anası Dardoqqaz sakini olmuş, Vətənini canından çox sevən oğlu Abakarın həyatından, keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıb, onun ailəsinə və övladlarına bağlılığından söhbət açıb.
Şəhidin anası ilə həmsöhbət olan S.Hümbətova Vətən üçün qəhrəman övlad bəxş etmiş fədakar anaya kollektivin təşəkkürlərini çatdıraraq, bütün şəhid analarının, xanımlarının dəyərli və əziz olduğunu bildirib.