10.03.2021
Oğuz rayon MKS - nin 19 saylı Dəymədərə kənd kitabxanasının əməkdaşı İzulə Abdullayeva kitabxananın bir qrup fəal oxucuları ilə birlikdə, 44 gün davam edən Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə Şəhid olmuş kənd sakini Abid Məmmədovun məzarını ziyarət ediblər. Ziyarətçilər Şəhidin əziz xatirəsini anıb, onun ruhuna dualar oxuyublar. Abidin Əli adlı bir yaşında oğlu ailəsinə əmanət qalıb.