10.03.2021
Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı, kənd Sənətkarlar klubu , kənd tam orta məktəbinin və kənd sakinlərinin bir qrupunun iştirakı ilə Şəhid Fərid Lillahov Loğman oğlunun məzarı ziyarət edilib.
22 yaşı tamam olan Şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzən ziyarətçilər onu yad edib, ruhuna dualar səsləndiriblər. Anım mərasimində bildirilib ki, Vətən müharibəsi başlayan gündən çağırışla cəbhəyə yollanan Fərid Lillahov Xocavəndin və Şuşanın alınması uğurunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən o, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunması uğrunda" medalları ilə təltif olunub.