Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mərkəzi Kitabxanasının əməkdaşları Şəhid ailəsini ziyarət ediblər

10.03.2021

Zaqatala rayon Mərkəzi Kitabxanasının direktoru Gülniyar Məmmədova və kitabxananın bir qrup əməkdaşı 44 günlük Vətən müharibəsində Şəhid olmuş Serov Mütəllib Arif oğlunun ailəsini ziyarət ediblər. Ziyarət zamanı Şəhidin keçdiyi döyüş və həyat yoluna nəzər salınıb, onun haqqında xatirələr dilə gətirilib.

Göstərilən diqqətə görə Şəhidin valideyinləri kitabxanaçılara təşəkkürlərini bildiriblər.