Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhid analarını ziyarət ediblər

09.03.2021

Martın 8-də Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və Mərkəzin bir qrup əməkdaşı 8 Mart – Beynəlxq Qadınlar Günü münasibətilə I Qarabağ Müharibəsi Şəhidi Zəfər Murtuzəliyev, Aprel döyüşlərinin Şəhidi Sərxan Bayramov və II Qarabağ Müharibəsində Şəhid olmuş Rəsul Süleymanovun ailələrini ziyarət ediblər.

Şəhid analarını bayram münasibətilə təbrik edən ziyarətçilər belə qəhrəmanları yetişdirən, onlara Vətənini və xalqını sevməyi öyrədən mübariz Azərbaycan qadınlarına sonsuz ehtiramlarını, dərin təşəkkürlərini çatdırıblar.