Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə mədəniyyət işçiləri koronavirusa qarşı peyvənd olunurlar

09.03.2021

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda mədəniyyət işçilərinin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına başlanılıb.

Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hələlik yaşı 50-dən yuxarı olan mədəniyyət işçiləri peyvənd olunurlar. Martın 3-dən etibarən 53 mədəniyyət işçisinə peyvəndin birinci dozası vurulub. Peyvənd olunmuş işçilər özlərini yaxşı hiss edirlər. Yaxın günlərdə 50 yaşadək işçilərin də peyvəndlənməsinə başlanacaq.