05.03.2021
Qax rayon MKS nin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində şairə İradə Əlilli ilə videogörüş keçirilib.
Tədbirdə Neftçala MKS əməkdaşı, şairə Bədirə Həsənqızı, Gəncə şəhər MKS əməkdaşı Tərifə Abbasova, Şirvam MKS əməkdaşı Alma Cəfərova, ŞRMİ Qax rayon üzrə baş məsləhətçisi Dilarə Əzizova, İ.Dağıstanlı xatirə muzeyinin əməkdaşı Həlimə Muxtarova və kitabxana filiallarının əməkdaşları itirak ediblər. Tədbirdə şairin yaradıcılığından soz açılıb, kitabları haqqında məlumat verilib və şeirləri səsləndirilib. Bildirilib ki, İradə Əlili — Mədəniyyət işçisi, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üvzüdür. Xanım yazıçının "Mənim sevgi dünyam", "Dünya sevənlərindir", "Qarabağın Tutusu" , "Döyüşçü qadının səngər xatirələri", "Güllə səsindən doğulan kitab", "Bir damla göz yaşında torpaq həsrəti" , "Bir şeir istədim səndən", "Xocalı şahidlər danışır", "Gözlərinin salamını gözlədim"adlı kitabları oxucular tərəfindən maraqla oxunur.
Tədbirin sonunda İradə Əlilli görüşün təşkilatçılarına minnətdarlığını bildirib.