Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda Şəhid və Qazi ailələrinə yardımlar olunub

05.03.2021

Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın tövsiyələri və şəxsi nümunələri rəhbər tutularaq Zaqatala rayonundan olan Şəhid və yaralı ailələri də yüksək diqqət və qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan ailələrlə davamlı görüşlər keçirilir, onların qayğıları ilə maraqlanılır, müvafiq dəstək və yardımlar göstərilir.

Bu baxımdan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsinin sədri Sona Qazıyeva, Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova ilə birlikdə Zaqatalada 44 günlük vətən müharibəsində Şəhid və Qazi olan sakinlərin ailələri ilə görüşlər keçirib, ailələrə maddi və mənəvi yardım göstəriblər.

Görüşlərdə ailələrin problemləri ilə maraqlanan ziyarətçilər Şəhid ailələrinə Allahdan səbr, Qazilərə şəfa diləyib və onlara göstərdikləri igidliklərə görə öz təşəkkürlərini çatdırıblar.