Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz kitabxanaçıları rayonun Xalxal-Qışlaq kəndindəki Şəhid məzarlarını ziyarət ediblər

05.03.2021

Oğuz rayon MKS-nin 10 saylı kitabxana filialının müdiri Ruziyə Ağababayeva Xalxal-Qışlaq kəndinin Şəhidləri Şahin Cəfərli, Nurlan Əfəndiyev və Yaşar Şəfiyevin məzarlarını ziyarət edib. Ziyarət zamanı Şəhidlərin ruhuna dualar oxunub, onların ailələrinə Ulu Tanrıdan səbr dilənib.

R.Ağababayeva sonra Şəhidlərin yaxınları ilə, o cümlədən Nurlan Əfəndiyevin anası, uzun müddət Xalxal-Qışlaq kənd kitabxanasında kitabxanaçı işləmiş, hal-hazırda təqaüddə olan Mahniyar Abdullayeva ilə görüşüb, onların problemləri ilə maraqlanıb.