Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhid ailəsini ziyarət ediblər

01.03.2021

Qax rayon Heydər Əliyev Mərkəzinin kollektivinin və Mərkəzdə fəaliyyət göstərən 2 saylı kitabxananın əməkdaşlarının bir qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş, Azərbaycanın qəhrəman oğullarından biri olan, Şəhid Bünyadlı Rəvan Asif oğlunun Almalı kəndində yaşayan ailəsini ziyarət edib, ailəyə maddi və mənəvi dəstək göstəriblər.

Görüşdə Şəhidin anası Müslümət Bünyadova oğlunun Vətənə şərəflə xidmət etməsindən danışaraq, onunla qürur duyduğunu söyləyib. Bildirilib ki, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilən Rəvan Bünyadlı Tərtər ətrafında, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz” postu uğrundakı döyüşdə Şəhidlik zirvəsinə yüksəlib.

Mərkəzin direktoru Nərminə Omarova Vətənə qəhrəman övlad  bəxş edən ailəyə minnətdarlıqlarını bildirərək, Şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, onların daim qəlblərdə yaşayacağını bildirib.