Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə açıq dərs keçirilib

26.02.2021

Fevralın 26-da Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və şəhər 5 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Xocalı" soyqırımı mövzusunda açıq dərs keçirilib. Videokonfrans formatında keçirilən dərs zamanı Mərkəzin əməkdaşları və məktəbin müəllimləri tərəfindən “Xocalı soyqırımı” haqqında məruzələr oxunub, şeirlər səsləndirilib və şagirdlərin çəkdikləri rəsmlər nümayiş olunub.