24.02.2021
Qax rayonu Qaşqaçay Folklor evinin və kənd kitabxanasının əməkdaşlarının bir qrupu 44 günlük Vətən müharibəsinin Füzuli rayonu istiqamətində gedən döyüşlərində Şəhidlik zirvəsinə yüksəlmiş Cavid Abdullayevin ailəsi ilə görüşüblər.
Görüş zamanı Cavid Abdullayevin anası oğlunun keçdiyi şərəfli döyüş yolundan, onun Dövlət başçısı tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif olunduğundan danışıb. Oğlu haqqında xatirələri yada salan ana Vətən yolunda Şəhid olan övladı ilə qürur duyduğunu bildirib.
Görüşdən sonra mədəniyyət işçiləri Şəhidin kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.