22.02.2021
Qax rayon Cəlayer kənd kitabxanasının əməkdaşları 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Rəsulzadə Təbriz Əfrayim oğlunun valideynlərinə baş çəkərək, ailəyə maddi və mənəvi dəstək göstəriblər.
Şəhidin valideyinləri bildiriblər ki, Milli Ordumuzun baş leytenantı olan Təbriz Rəsulzadə Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub və sentyabrın 27-də Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təbriz Rəsulzadə ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Oğlunun cəsurliğu və vətənpərvərliyi haqqında fəxrlə danışan Şəhid atası onları yad etdikləri üçün kitabxana işçılərinə təşəkkürünü bildirib.