Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Tarix-diyarşunasliq muzeyinin əməkdaşları Şəhid ailəsini ziyarət ediblər

19.02.2021

Balakən rayon Tarix-diyarşunasliq muzeyinin bir qrup əməkdaşı MİHİ- nin Balakən rayon Komitəsinin sədri ilə birlikdə II Vətən müharibəsində  Şəhid olmuş  Mahamalar kənd sakini Haciyev Qurban Əsəbəli oğlunun ailəsini ziyarət edib, Şəhidin ailəsinə maddi və mənəvi dəstək göstəriblər.

Ziyarət zamanı muzeyin əməkdaşları muzeyin Şəhidlərə həsr olunmuş guşəsində Qurban Hacıyevin də adının əks olunması üçün  Şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat toplayıblar.