19.02.2021
Balakən rayon Mədəniyyət Mərkəzində onlayn müşavirə keçirilib. Müşavirədə Mədəniyyət Mərkəzinin rəhbərliyi, əməkdaşları və filial müdirləri iştirak ediblər.
Tədbirin əvvəlində Şəki Regional Mədəniyyət idarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Haciyeva karantin dövründə müəssisələrin onlayn fəaliyyəti barədə danışaraq, Şəki Regional Mədəniyyət idarəsinin tövsiyə və tapşırıqlarını iştirakçıların nəzərinə çatdırıb. O, bu günkü dövrün tələblərinə uyğun təşəbbüskar, kreativ ideyalarla çıxış etməyin, tapşırıqlara, tələblərə operativ yanaşmanın vacib olduğunu vurğulayaraq bildirib ki, sosial şəbəkələrdə və digər internet platformalarda onlayn konsertlərin, sərgilərin, yubiley görüşlərinin və digər uğurlu layihələrin həyata keçirilməsi olduqca aktualdır.
Sonra Mədəniyyət Mərkəzinin direktoru A.Ocaqverdiyev, metodist S.Yusibova müəssisələrin fəaliyyətindən bəhs ediblər, onlayn rejimdə görüləcək işlərlə bağlı maraqlı təkliflər səsləndiriblər.
Müşavirə 2021-ci ildə görüləcək işlərin müzakirəsi ilə davam edib, qarşıda duran vəzifələrlə bağlı əməkdaşlara müvafiq tövsiyə və tapşırıqlar verilib.