18.02.2021
Fevralın 17-də Şəki Regional Mədəniyyət idarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyevanın iştirakı ilə Mərkəzi kitabxana işçilərinin növbəti onlayn seminar müşavirəsi keçirilib.
Seminar müşavirədə MKS-nin şöbə və kənd kitabxana filiallarının müdiriləri iştirak ediblər. Tədbiri Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva açaraq, pandemiya dövründə kitabxana əməkdaşlarının qarşısında duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə hər bir kitabxana əməkdaşının müasir texnologiyalardan istifadə etmək bacarığının vacibliyi, bu sahəyə diqqətin artırılması qeyd olunub. Ş.Hacıyeva II Qarabağ savaşında şəhid olanların valideyinlərinə və qazilərə mənəvi dəstək olmaq üçün ailələrlə görüşlərin keçirlməsinin əhəmiyyətindən danışaraq, sosial şəbəkələrdə fəallığın artırılmasını qeyd edib.
Sonra MKS-nin direktoru Məryəm Tağıyeva çıxış edərək bildirib ki, pandemiya dövründə Şəki Regional Mədəniyyyət İdarəsinin rəhbərliyinin tapşırığına əsasən kənd kitabxana filialları işə çıxmadan fəaliyyətlərini onlayn formatda qurmalı və oxucularla əlaqə saxlamalıdırlar. Eyni zamanda ədəbiyyatın təbliği istiqamətində müxtəlif oxucu quruplarını məlumatlandırmaq üçün, şair və yazıçılarımızın yubileylərinə həsr olunmuş videoçarxların hazırlanması və sosial şəbəkələrdə yayılmasının vacib olduğu diqqətə çatdırılıb.
Daha sonra MKS-nin Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Çuxova MKS-yə daxil olan kitabların texniki cəhətdən işlənərək, bölgü əsasaında şöbə və kənd kitabxana filiallarına çatdırıldığı barədə məlumat verib.