16.02.2021
Qax rayon Zəyəm kənd mədəniyyət evinin və kənd kitabxanasının bir qrup əməkdaşı II Qarabağ müharibəsinin iştirakçısı, qazi Əsgərov Elğün Kamal oğluna baş çəkərək, onun ailəsinə maddi və mənəvi dəstək göstəriblər.
Görüşdən məmnunluğunu ifadə edən qazi Kamal Əsgərov Qubadlı, Füzuli, Şuşa, Xankəndi istiqamətində iştirak etdiyi döyüşlərdən söhbət açaraq, Xankəndi şəhəri ətrafında gedən döyüşlərdə yaralandığını qeyd edib. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış zəfərdə onun da əməyinin olduğu üçün qürur duyduğunu bildirib.
Mədəniyyət işçiləri qaziyə tezliklə şəfa tapmasını və sağalmasını arzulayıblar.