15.02.2021
Oğuz rayonu Xaçmaz kənd 24 saylı kitabxananın müdiri Aynur Müzəffərova, Xaçmaz kənd klubunun müdiri, Vətən müharibəsinin döyüşçüsü Vaqif Nəsibli, Xaçmaz klubunun əməkdaşı R.Murtuzalıyeva və Xaçmaz kənd Mədəniyyət evinin əməkdaşı P.Bəhərçinov Xaçmaz kənd Şəhidlər xiyabanındakı Şəhid məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı I və II Qarabağ döyüşlərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsi anılıb və onların haqqında xoş xatirələr səsləndirilib