Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada ”Nizami Gəncəvi ili”nə həsr olunmuş onlayn konfrans keçirilib

15.02.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi ili"nə həsr olunmuş onlayn konfrans keçirilib.

Konfransda Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edilib. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov böyük mütəfəkkirlərimizə hər zaman dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayaraq, bu ilin "Nizami Gəncəvi İli" elan edilməsinin buna əyai sübut olduğunu bildiririb.

Sonra rayonun görkəmli ziyalılarından olan Həşim İsmayılov Nizami Gəncəviyə dair aparılan araşdırmalar haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra Mərkəzin əməkdaşı Məhəbbət Məmmədova Nizami yaradıcılığından bəhs edərək, şairin poemaları haqqında məlumat verib və Maya Cumayeva tərəfindən Nizami lirikasından nümunələr səsləndirilib.