Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzun Xaçmaz kənd kitabxanasında “Əbədiyaşar Şəhidlərimiz” adlı stend-guşə təşkil edilib

11.02.2021

Oğuz rayon MKS-nin Xaçmaz kənd 24 saylı kitabxanasında kitabxananın və Xaçmaz kənd klubunun birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsində Vətən uğrunda şəhid olmuş Oğuz rayonunun və Xaçmaz kəndinin Qəhrəman oğullarının xatirəsinə hörmət əlaməti olaraq "Əbədiyaşar Şəhidlərimiz", "Qarabağ Azərbaycandır!" adlı stend-guşə təşkil edilib. Kənd əhalisi və kəndin qonaqları vaxtaşırı kitabxanaya gələrək, Şəhidlərin əziz xatirəsini yad edirlər.

Vətən müharibəsində Şəhid olmuş qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın müqəddəs amalıdır