10.02.2021
Şəki Regional Mədəniyyət İdarəsinin müəssisələrinin rəhbər işçiləri Qax rayonu üzrə Həmkarlar Təşkilatının maddi dəstəyi ilə rayonun şəhid və qazi ailələri ilə görüşləri davam etdirirlər.
Növbəti tədbir zamanı Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Həmkarlar Təşkilatının sədri Abdul Mustafazadə , Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Güllü Əhmədova və Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova II Qarabağ müharıbəsi qazisi Veysəlli Məhəmməd Rəşid oğluna baş çəkərək, ona maddi və mənəvi dəstək göstəriblər.
Səmimi şəraitdə keçən görüşdə qazi Məhəmməd Veysəlli Ordumuzun əzmindən, Şuşa şəhəri uğrunda gedən döyüşdən və həmin döyüşdə necə yaralanmasından söhbət açıb. Hal-hazırda qazinin müalicəsi davam etdirilir.