Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin Baş Zəyzid kənd Sənətkarlıq evində növbəti dezinfeksiya işləri aparılıb

08.02.2021

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan müəssisələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.

Növbəti dezinfeksiya işləri M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Zəyzid kənd Sənətkarlıq evində aparılıb. Eyni zamanda müəssisənin əməkdaşlarına sosial məsafənin qorunması, tibbi maskadan istifadə və şəxsi gigiyenaya düzgün əməl olunması kimi şərtlərin vacibliyi izah edilib.