08.02.2021
Şəki Uşaq İncəsənət məktəbinin şagirdləri “İnternational Music Astana” adlı I Beynəlxalq vokal – ifaçılıq müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək “Qran-Pri” mükafatına və I,II,III dərəcəli laureat adına layiq görülüblər. Məktəbin direktoru Eldar Rəcəbov daxil olmaqla, şagirdləri müsabiqəyə hazırlayan müəllimlər və konsertmeysterlər təşkilat komitəsinin təşəkkür məktubu ilə mükafatlandırılıblar.