05.02.2021
Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialının kitabxanaçısı Samirə Məmmədova və kitabxananın fəal oxucusu Cansu Əzizlinin iştirakı ilə "Yumruqboy oğul" nağılı üzrə onlayn müzakirə aparılıb.
Müzakirə zamanı nağıl personajlarının obrazları təhlil olunub və oxucunu maraqlandıran suallar cavablandırılıb.