02.02.2021
Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialının kitabxanaçısı Samirə Məmmədovanın təşkilatçılığı ilə "Gənclər bizim gələcəyimizdir" adlı videokonfrans keçirilib.
2 fevral Gənclər Günü münasibətilə təşkil edilən tədbirdə Oğuz rayon MKS-nin əməkdaşları, Kərimli, Yemişənli, Baş Daşağıl kənd kitabxanalarının müdirləri və fəal oxucuları, ADNSU-nin və MTK-nin tələbələri və H.Babayev adına 1 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbiri Qarabulaq Kənd kitabxanasının kitabxanaçısı S.Məmmədova açıq elan edərək, gənclərimizin uğur və nailiyyətləri haqqında danışıb. Qeyd edilib ki, bu günki gənclər üçün Azərbaycanda hər bir şərait yaradılıb. Cənab Ali Baş Komandan İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət gənclərimiz tərəfindən alqışlanır.
Sonra digər iştirakçılar gəncləri təbrik edərək, onlara ən xoş arzularını bildiriblər.