Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Müzəffər xalqın vətənpərvər gəncləri” adlı videokonfrans keçirilib

03.02.2021

Zaqatala rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü ilə əlaqədar “Müzəffər xalqın vətənpərvər gəncləri” adlı onlayn ümumrayon gənclərinin videokonfransı təşkil edilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatı, Təhsil şöbəsi, Gənclər və Karyera İnkişaf Mərkəzi Zaqatala nümayəndəliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Olimpia İdman Kompleksi, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı, II Qarabağ Müharibəsinin iştirakçıları, ali təhsil ocaqlarının tələbələri və rayonun könüllü, aktiv gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin Rəisi Araz Əliyev respublika gənclər siyasətin bəhs edərək, bayram münasibətilə gəncləri təbrik etmişdir. Sonra Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov çıxış edərək, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin adından gəncləri təbrik edib və gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün də uğurla həyata keçirildiyini bildirib.

Daha sonra çıxış edən, II Qarabağ Müharibəsinin iştirakçısı, qələbəmizdə əməyi olan, Cəbrayıl, Füzuli, Murov və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş Vətən Müharibəsi qazisi Şəmsəddin Qurbanov çıxış edərək müharibə zamanı yaşadıqlarınlarından, döyüş xatirələrindən danışıb.

Digər iştirakçılardan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin Rəisi İlqar Vəliyev, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Sona Qazıyeva, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Zaqatala nümayəndəliyinin əməkdaşı İlkin Həbilov çıxışlarında gəncləri təbrik edərək, onlara həyat yollarında uğurlar arzulayıblar.