Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda 2 Fevral Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib

03.02.2021

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və S.Vurğun adına rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş “Zəfər tarixini yazan gənclik” adlı videokonfrans keçirilib.

Konfransda Qax rayon MKS-nin direktoru Güllü Əhmədova gəncləri bayram münasibəti lə təbrik edərək, məruzə söyləyib. Məruzədə bildirilib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Umummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə Baş məsləhətçisi Dilarə Əzizova gəncləri təbrik edərək bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova təbrik nitqində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində topraqlarımız işğaldan azad olundugunu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandıgını və bu qələbəni bizlərə yaşadanların Azərbaycan gənclərinin olduğunu bildirib.

Digər çıxış edənlər-Qum kənd kitabxanasının əməkdaşı Sənubər Rəhimova Vətən Müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş gənclərimizdən, Şəhid Fərid Ramazanov, Almalı kənd kitabxanasının multimedia mütəxəssisi Leyli Alllahverdiyeva 44 günlük müharibədə tarix yazan Şəhid Rəvan Bünyadov, Ağçay kənd kitabxanasının əməkdaşı Sevinc Abakarova Şəhid, Şuşa fatehi Asəf Ağayev, şəhər 1 nömrəli kitabxana filialının müdiri Bacıxanım Babayeva isə 19 yaşında Şəhid olmuş qardaşı oğlu Təbriz Əliyev haqqında danışıblar.

Daha sonra Cəlayir kənd kitabxanasının müdiri Çeşminaz Əhmədova, Marsan kənd kitabxanasının müdiri Könül Əliyeva, Əmbərçay kənd kitabxanasının müdiri Gülmayə Məmmədova, Qaratala kənd kitabxanasının müdiri Təhminə Aşurlu, şəhər 2 nömrəli kitabxana filialının müdiri Leyla Yusifli, 4 nömrəli filialın müdiri Yasəmən Muradova çıxış edərək, Xalqımızın böyük Zəfər tarixini yazan şəhidləri ilə fəxr etdiklərini vurğulayıblar.

Konfransda iştirak edən, Qarabağ savaşının qazisi Fərid Kərimov Vətən müharibəsində əsgərlərimizin mübariz əzmindən, Ali Baş Komandanın əmri ilə keçirilən əməliyyatlar nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıb.