Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Uşaq İncəsənət məktəbinin müəllimi Şəhid portretini canlandırıb

02.02.2021

44 gün davam edən Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin hər yerində suverenliyimiz və ərazi bütövlüyümüz uğrundakı mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilir.

Bu baxımdan Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbovun təşkilatçılığı ilə məktəbin rəssamı Səbuhi Məmmədov şəhid Həmidov Vasif Natiq oğlunun portretini canlandırıb. 

Şəhid portretlərinin işlənməsinin təşəbbüskarı olan Eldar Rəcəbov bildirib ki, Şəhid Həmidov Vasif Natiq oğlu 1987 ci il iyunun 4 ündə Şəki şəhərində anadan olmuşdur. Hələ uşaq yaşlarından Vətən sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşadıb Vasif. Yaşadıb ki, Vətən yaşasın. Vasif Şəki şəhər 19 saylı tam orta məktəbi bitirmişdir. Həmçinin Şəki 3 saylı Uşaq Musiqi məktəbində qarmon ixtisası üzrə təhsil almışdır. 2006-ci ildə hərbi xidmətdə Vətən borcunu yerinə yetirmişdir. O, Tovuz döyüşlərindən sonra könüllü olaraq  Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 20 -də döyüşdə ağır yaralanmış, 26 oktyabrda şəhidlik zirvəsinə ucalmışdır. 

Şəhidin ruhuna hörmət əlaməti olaraq işlənilən portret məktəbin direktoru Eldar Rəcəbov tərəfindən şəhidin ailəsinə təqdim edilib. Məktəbdə bu yaradıcılıq silsiləsindən daha çox portretlərin işlənilməsi nəzərdə tutulmuşdur.