Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi Kitabxanasında “Gənclər-sabahın qurucularıdır” adlı videokonfrans keçirilib

02.02.2021

Balakən rayon Mərkəzi Kitabxanasında “Gənclər-sabahın qurucularıdır” adlı  videokonfrans keçirilib.

Tədbirin əvvəlində Vətən müharibəsində canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra MKS-nin direktoru Məryəm  Tağıyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində  ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intelektual, dünyagörüşlü yeni nəsilin yetişməsindən  söhbət açıb. Eyni zamanda 2020- ci ilin Sentyabr ayından başlanan Vətən mühaharibəsində Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü uğrunda  döyüşən əsgərlərimizin  düşmənə layiqli cavab verərək  zəfər qazanmasından, Şəhidlərin qanı  bahasına  torpaqlarımızın işğalçılardan azad edilməsindən  danışıb .

Daha sonra Mərkəzi kitabxananın Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mehriban Cuxova,  MKS-nin Talalar kənd kitabxanasının müdiri  Maralxanım Hacıxanova,   Metodika- biblioqrafiya şöbəsinin müdiri  İradə Qımrıyeva  və  başqaları çıxış edərək  Gənclər Günü ilə  bağlı gənclərə təbriklərini çatdırıb, bu əlamətdar gün münasibətilə öz  fikirlərini bildiriblər.