02.02.2021
Zaqatala rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclik gələcəyin qarantıdır” mövzusunda videokonfrans keçirilib.
Rayon gənclərinin də qatıldığı videokonfransda Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova məruzə ilə çıxış edib. Çıxışda bildirilib ki, bizim gənclərimizə hər zaman dövlət tərəfindən yüksək qiymət verilir. Tarixən hər bir xalq özün xoşbəxt gələcəyə doğru olan ümüdlərini gənc nəsillərə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir ,ölkələr inkişaf edir,lakin, ənənələr və milli dəyərlər yaşayır və ölkənin hər tərəfli uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. 1996-ci il fevralın 2-də keçirlən Azərbaycan gənclərinin birinci formunda Heydər Əliyevin gənclər qarşısında tarixi bir vəzifə qoyulmuşdur. Hər bir Azərbaycan gənci hər şeydən çox ,her şey dən artıq müstəqil Azərbaycanın bu günü gələcəyi haqqında düşünməlidir. Bəli bu forum Azərbaycan Gənclər hərəkatı vüsət almasına təkan vermişdi. Ümummilider H.Əliyev birinci forumda sonra gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997ci ildə imzaladığı sərəncama əsasən tədbirin keçirildiyi günü fevralın 2 Azərbaycanda gənclər günü elan etmişdir. Prezident İ.Əliyevin 2007-ci il Gənclər ili elan edilməsi ilə bağlı sərəncam gənclərin ölkənin ictimaitində və ölkənin inkişafında fəallığının yüksəlməsinə səbəb olmuşdur.
Aybəniz Heydərova sonra torpaqlarımızın düşmən tapdağından azad edilməsində Azərbaycan gənclərinin göstərdiyi rəşadətdən danışıb.
Daha sonra Yuxarı Tala sənətkarlıq evinin metodisti Yılmaz Nəsibli gənclərə göstərilən dövlət qayğısı və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov Heydər Əliyev və gənclər siyasəti mövzusunda çıxış edərək, Ümummilli lider tərəfindən yürüdülən gənclər siyasətindən, bunun nəticəsində gənclər siyasətinin prioritet sahəyə çevrilməsi haqqında məlumat veriblər.