Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda görkəmli dramaturq Vaqif Səmədoğlunun anım günü qeyd olunub

29.01.2021

Qax rayon Mərkəzi Kitabxana Sistemi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq və Ictimai xadim Vaqif Səmədoğlunun anım gününə həsr olunmuş “Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada” adlı videokonfrans keçirilib.

Videkonfransda MKS-nin direktoru Güllü Əhmədova poeziya aləmində özünəməxsus dəst-xətti olan şairin həyat və yaradıcılığından söz açıb.

Sonra Almalı kənd kitabxanasının əməkdaşı Leyli Allahverdiyeva Vaqif Səmədoğlunun əsərlərinə çəkilmiş kinolar, səhnələşdirilmiş teatırlar (“Bəxt üzüyü”, “Yaşıl eynəkli adam”) haqqında maraqlı məlumat verib və şairin sözlərinə yazılmış mahnılardan danışıb. Daha sonra şəhər 4 nömrəli kitabxana filialının müdiri Yasəmən Muradova 1980-cı illərdə Vaqif Səmədoğlunun AZtv-də “Caz klubu” verilişinin əvəzsiz aparıcısı olması haqqında, Güllük kənd kitabxanasının müdiri Gülbəniz Hüseyinova Vaqif Səmədoğlunun “Uzaq yaşıl ada” kitabı, İlisu kitabxanasının əməkdaşı Dəyanət Əhmədova “Yoldan teleqram”, “Günün baxtı” şeir kitabları barədə söz açıblar.

Daha sonra Qaratala, Əmbərçay, Ağçay, Qaşqaçay kənd kitabxanasının əməkdaşları çıxış edərək, şairin poeziyasının novatorluğundan , şeirlərinin sonunda üç nöqtə qoyulduğundan,şeirlərdə şərq şairlərindən gələn fəlsəfi dərinlik olduğundan danışıblar.