Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət idarəsində növbəti videokonfrans keçirilib

27.01.2021

Yanvarın 27-də Şəki Regional Mədəniyyət idarəsində idarə rəhbərliyinin, idarənin əhatə dairəsinə daxil olan rayonların baş məsləhətçilərinin və Mədəniyyət Mərkəzlərinin direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib. Videokonfransı Şəki Regional Mədəniyyət idarəsinin rəisi Mirvari Zeynalova açaraq, Mədəniyyət Naziri cənab Anar Kərimovun iştirakı ilə keçirilən son videokonfransda aparılan müzakirələr və verilən tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Nizami Gəncəvi ili" və "Vaqif Poeziya Günləri" nin bərpa olunması mədəniyyət aləmində əlamətdar hadisələrə çevriləcək. 30 ilə yaxın erməni işğalından Azərbaycan torpaqlarını qurtarmaq tək məhv edilmiş infrastrukturun bərpası baxımından deyil, həm də mədəni dirçəlişə yeni bir nəfəs verəcəkdir. Sonra müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edilmiş qələbədə payı olan qəhrəman şəhidlərimizin, qazi hərbçilərimizin yad edilməsi, şəhid ailələri və qazilərlə görüşlərin təşkil edilməsi kimi vacib məsələlər diqqətə çatdırılıb. Daha sonra digər iştirakçıların yığıncağın gündəliyində duran məsələlərlə bağlı çıxış və təklifləri dinlənilib və müvafiq qərarlar qəbul olunub.